Servis
Mesaj

Xəbərlər

26 September, 2019 // Qarşılayın, yeni RS Q3 və RS Q3 Sportback modelləri!

 

Həyata rəng və dinamiklik qatmaq istəyələr üçün ərsəyə gəlib: fərqli və dəbli zahiri görünüş, yeni mühərrik və 4.5 saniyəyə sürətlənmə (0-100 km/s)

Audi söz verdiyi kimi, müxtəlif kuzov tiplərinin idman üslublu versiyalarını istehsal etməyə və artırmağa davam edir. Yeni 5-silindirli 2.5 lt turbo mühərrik nəinki daha güclü, həmçinin çəki baxımından daha yüngüldür. Yeni RS Q3 və RS Q3 Sportback modelləri öncəki RS Q3 modelinin performance versiyası ilə müqayisədə daha güclüdürlər. At gücü göstəriciləri 367-dən 400 -ə kimi artırılıb, fırlanma anı isə 480 Nm-dir. Mühərrik 7-pilləli S-tronic sürət qutusu və tam çəkimli quattro sistemi ilə çalışır. Maksimal sürət isə 250 km/s təşkil edir, əlavə simvolik ödəniş ilə göstəricini – 280 km/s kimi artırmaq olar.

RS indikatorlu Q3-ləri digər Q3-lərdən fərqləndirmək çox asandır: yeni radiator barmaqlığı, fərqli bamperlər, baqaj bölümünün örtüyündə yerləşən spoyler və s.

RS Q3 və RS Q3 Sportback modellərin hər ikisi 20’ disklər ilə təchiz olunublar (21’ diskləri də sifariş etmək mümkün olacaq). Fotolarda gördüyünüz yaşıl "Kyalami Green" rəngi RS –modellərin rəng qammasına yenicə əlavə olunub.

Sport sükan, nappa dəri və alkantara ilə sport oturacaqlar və işıq effektli elementlər interyərə xüsusi fərqlilik qatır.

RS Q3 və RS Q3 Sportback modellərinin satışı Avropada gələn ilin əvvəli gözlənilir.

 

RS Q3 Sportback

 

 

 

RS Q3