test drive yazılın
bizə mesaj göndərin

Xəbərlər

10 September, 2019 // Tam yeni RS7 Sportback. Daha güclü və daha aqressiv.

Audi yeni 5-qapılı kupe RS7 Sportback modelini Frakfurt Motor Show-da canlı nümayiş etdirəcək. Yeni ikinci nəsil RS7 Sportback öncəki modeldən daha güclü və görünüşcə daha aqressivdi. Yeni RS7 Sportback modelində əsas diqqət multimedia sisteminin təkminləşdirilməsinə ayrılıb. Yeniliklərə nəzər salsaq, sükanın üzərində RS mode düyməsini vurğulamaq istəyərdik. Bu düymə RS1 və RS2 rejimlərini seçmək imkanını yaradır. Bu rejimlər ilə asqı, mühərrik və s fuksiyaları idarə etmək olar. 2020 RS7 Sportback öncəki modeldən daha enli və “əzələlidir” Avtomobilin "əzələli" görünüşünü daha aqressiv və gözəçarpan edən - 22’disklər, öndə yerləşən loqonun qara parlaq effekti, işıqdiodlu matrix fənərlər eksteryerdə xüsusi vurğulanır. Avtomobilin texniki göstərəciləri isə RS6 Avant modeli ilə eynidir: V8 4.0 TwinTurbo, 600 at gücü, 800 Nm fırlanma anı, 8 pilləli tiptronic sürət qutusu və tam ötürücü quattro sistemi. 100 km/s - dək avtomobil cəmi 3.6 saniyəyə sürətlənir və maksimal sürəti 305 km/s təşkil edir. 48 volt litium-ion batareya ilə Mild hybrid sistemi sayəsində hər 100 kilometrə 0.8 lt. yanacaq qənaət etmək mümkün olunacaq.