Servis
Mesaj

Xəbərlər

10 June, 2019 // Audi A7 Sportback “2019 World Luxury Car” mükafatına layıq görüldü

Bu il Audi A7 Sportback modeli ən yaxşı lüks avtomobil adına layiq görüldü. Bu mükafat Audi-yə artıq ikinci dəfə təqdim olunur, keçən il “World Luxury Car” adlı mükafat Audi A8 modelinə təqdim olundu. Mükafatlandırma Nyu-Yorkda keçirilən International Auto Show adlı sərgidə baş tutmuşdu.

 

86 nəfərdən ibarət jüri komitəsi Audi A7 Sportback modelini dünya bazarında ən yaxşlı lüks avtomobil adına layiq gördü. 

“Biz bu mükafatı aldığımıza görə çox böyük qürur hissi duyuruq. Çünki bu mükafat Audi-nin istənilən seqmentdə premium avtomobil istehsal etmək imkanını göstərir”

 

Kupenin dizaynı və Avantın universallığı - yeni Audi A7 Sportback modelində birləşib. Audi A7 Sportback öz geniş imkanları sayəsində dünyada öz sözünü deyən avtomobillərdən birinə çevrilib.