Servis
Mesaj

Xəbərlər

04 October, 2018 // Audi A4 modelini əldə etmək asanlaşdı.

Güclü mühərrikli premium sedan A4 –ün qiyməti 36.000 avro təşkil edir. 3 illik kredit imkanı ilə yanaşı müştəri 3 il ərzində tam olaraq Audi servisdə texniki xidmət xərclərindən azad olur. Yəni yağ və yağ filteri, hava filteri, salon filteri, yanacaq filteri, əyləc mayesi, çöl remen, şamlar, sürətlər qutusu yağı və filteri, soyuducu maye, əyləc yastıqları xidmətlər alıcılara 3 il ərzində təmənnasız təklif olunur. Üstəlik 3 illik zəmanət müddəti avtomobiliniz xərclərini sıfıra endirir. Ümumi götürsək, alıcı 3 il ərzində premium sedan idarə edərək, yanacaq doldurmaqdan başqa heç bir əlavə xərc ödəmir.

Audi A4 ultra modeli S-line eksteryer paketi, 18’ disklər və ən əsası Launch control kimi opsiyalarla özündə Audi Sport DNT-sini əks etdirir. Piyada və maneə aşkar edən Audi pre sense city və s. kimi aktiv təhlükəsizlik sistemləri “Vorsprung durch Technik” (Texnologiyadan öndə) şüarını bir daha vurğulayır.

Audi pre sense city opsiyası isə sizin və ətrafdakıların təhlükəsizliyini maksimal təmin edir. Audi pre sense city opsiyası ön kamera sayəsində 100 m. məsafəyə qədər yolunuzda olan maneələri görüb öncədən xəbərdarlıq edir. Əgər toqquşma riski yüksəkdirsə, xəbərdarlıq siqnalından sonra avtomobil avtomatik əyləci işə salır.

Panorama şüşə lük, MMİ radio plus, rəngli displeydə informasiya sistemi,dəri ilə örtülmüş interyer elementləri və s. kimi xüsusiyyətlər A4 modelinin interyerini maksimal komfort edir.

Hər bir opsiya barədə ətraflı məlumatı siz Babək prospekti 43A ünvanında yenicə inşa olunan avtosalonda və ya 012 570 00 77 / 050 570 00 77 nömrələri ilə əlaqə saxlayıb, öyrənə bilərsiniz